V.Zelenski: “Bu, demokratiyaya qarşı cinayətdir’’

‘‘Melitopol şəhərinin meri İvan Fedorovun ruslar tərəfindən əsir götürülməsi demokratiyaya qarşı törәdilmiş cinayәtdir’’.

1794228
V.Zelenski: “Bu, demokratiyaya qarşı cinayətdir’’

‘‘Melitopol şəhərinin meri İvan Fedorovun ruslar tərəfindən əsir götürülməsi demokratiyaya qarşı törәdilmiş cinayәtdir’’.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Bu, demokratiyaya qarşı cinayətdir. Sizi əmin edirəm ki, bütün demokratik ölkələrdə insanların 100 faizi bundan xəbərdar olacaq’’.

Rusiyanın hərəkətlərini DEAŞ terrorçularının hərəkətləri ilə müqayisә edәn Zelenski deyib: ‘‘Bütün Ukrayna Herson, Berdyansk vә digәr şәhәrlәr kimi Melitopolun da işğalçılara tәslim olmadığını gördü’’.

Ukraynadakı mülki şəxslərin təhlükəsiz bölgələrə təxliyyə prosesinə toxunan Zelenski  Rusiya əsgərlərinin humanitar yardım dəhlizlərinin fәaliyyәtinә  mane olduğunu bildirib.

"Buna baxmayaraq, bu gün Enerhodar, Buça, Hostomel və Kozaroviçi şəhərlərində 7 min 144 nəfər xilas edilib’’,-deyә Ukrayna prezidenti vurğulayıb.

Ukrayna şəhərlərinə humanitar yardım üçün səylərini davam etdirəcəklərini vurğulayan Zelenski Mariupolun Rusiya ordusu tərəfindən mühasirəyə alındığına diqqət çəkib.

Ukraynada ölən rus əsgərlərinin sayının 12 mini keçdiyinə ifadә edәn V. Zelenski minlərlə  rus əsgərinin də əsir götürüldüyünü bildirib.

Rus hәrbçilәrinin analarına müraciәt edәn V.Zelenski deyib: ‘‘Övladlarınızı yad torpaqlara döyüşə göndərməyin. Övladlarınızın təlimlərə göndərildiyinə inanmayın. Ukrayna heç vaxt bu müharibəni istəməyib, lakin lazımi qədər özünü müdafiə edəcək".

Qeyd edәk ki, Rusiyafevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr