"Walt Disney" Rusiyadakı bütün fəaliyyətlərini dayandıracağını açıqlayıb
ABŞ-ın "Walt Disney" şirkəti Ukraynada baş verən hadisələr ilə əlaqədar Rusiyada bütün fəaliyyətini dayandırdığını elan edib.
1793721
ABŞ-ın "Walt Disney" şirkəti Ukraynada baş verən hadisələr ilə əlaqədar Rusiyada bütün fəaliyyətini dayandırdığını elan edib.
Bu barədə şirkətdən verilən bəyanatda bildirilib. Bəyanatda şirkətin digər fəaliyyətlərinin də nəzərdən keçirildiyi vurğulanıb.
''Ukraynaya qarşı amansız hücumu və artan humanitar böhranı nəzərə alaraq Rusiyadakı bütün fəaliyyətləri dayandırmaq üçün addımlar atırıq'',-deyə bəyanatda vurğulanıb.