Boris Conson: ‘‘Ukraynada müharibənin nə qədər davam edəcəyi Vladimir Putindən asılıdır’’

İngiltәrә Baş naziri  Boris Conson bildirib ki, Ukraynada müharibənin nə qədər davam edəcəyi Rusiya prezidenti Vladimir Putindən asılıdır.

1793787

Boris Conson Rusiya-Ukrayna müharibəsindəki son hadisələrlə bağlı Sky News-a açıqlamalar verib.

Ukraynanın Mariupol şəhərindəki doğum evinin Rusiya Silahlı Qüvvələri tərəfindən bombalandığını xatırladan Conson  mülki vәtәndaşların ölümünün qarşısını almaq üçün Qərbin nə vaxt müdaxilə edəcəyi sualına belə cavab verib:

‘‘Mariupolda baş verənlər onu göstərir ki, Putin bütün sivil davranış normalarını rədd etməyə hazırdır’’.

Boris Conson deyib ki, Putin zorakılığı dayandırmalıdır və danışıqların baslamasına icazə verməlidir.

Conson vurğulayıb ki, İngiltәrә  hazırda Putin rejiminə və onun ətrafındakılara qarşı tәtbiq etdiyi iqtisadi sanksiyalarla təzyiqi artırır.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr