Cənubi Koreyada prezident seçkilərinin qalibi açıqlanıb

Cənubi Koreyada prezident seçkilərində Yun Seok-Yeol qalib gəlib

1792907
Cənubi Koreyada prezident seçkilərinin qalibi açıqlanıb

TRT-nin KİV-ə istinad  etdiyi  xəbərə  görə  ölkənin aparıcı müxalifət partiyası olan "Vətəndaş Qüvvəsi" partiyasından Koreya Respublikası prezidentliyinə namizəd Yun Seok-Yeol seçkilərdə qalib gəlib.

Onun əsas rəqibi, hakim Toburo Demokratik Partiyasından olan Li Jae-Myunq məğlubiyyətini etiraf edib.

Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yun Seok-Yeola, 47,8%-i Li Jae-Myunqa səs verib.

 



Әlaqәli Xәbәrlәr