Entoni Blinken vә Cozef Borrel әhәmiyyәtli bәyanatlar veriblәr

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel vә Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken bildiriblәr ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibәyә son qoymalıdır.

1790101
Entoni Blinken vә Cozef Borrel әhәmiyyәtli bәyanatlar veriblәr

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel vә Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken bildiriblәr ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibәyә son qoymalıdır.

Avropa İttifaqına üzv ölkәlәrin xarici işlәr nazirlәri, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss, Kanadanın xarici işlər naziri Melani Coli vә NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə bir araya gәliblәr.

Mәlumata görә, Entoni Blinken vә Cozef Borrel iclasdan әvvәl mәtbuat nümayәndәlәrinә bәyanatlar veriblәr.

Cozef Borrel deyib: ‘‘Ruslar Ukraynada hәr şeyi bombalayır. Xəstəxanalara, evlərə, məktəblərə zərbələr endirirlər. Çoxlu mülki itkilər var. Bu, vəhşi müharibə üsuludur".

‘‘Bu Putinin müharibәsidir. Putin bu müharibәyә son qoymalıdır’’ deyәn  Cozef Borrel bildirib ki, müharibәyә son qoyulmalıdır vә günahsız insanların hәlak olmasının qarşısı alınmalıdır.

Entoni Blinken isә öz növbәsindә bildirib ki, Co Bayden prezident seçildikdәn sonra ABŞ ilә Avropa İttifaqı arasındakı münasibәtlәr güclәnib. O, ABŞ vә Aİ-nin Rusiyaya qarşı birgә tәdbir gördüyünü deyib.

Avropa ittifaqının Rusiyaya qarşı sanksiya qәrarı vә Ukraynaya dәstәk vermәk mәsәlәsindә sürәtli hәrәkәt etdiyini bildirәn Blinken deyib ki, bunu tarixi addım kimi xarakterizә edә bilәrik.

‘‘Rusiya prezidenti Vladimir Putinin Ukrayna әrazisindә hәrbi әmәliyyat keçirilmәsi ilә bağlı  qәrarı ilә üzlәşdik. Bu sәbәbsiz, әdalәtsiz eyni zamanda analar, atalar vә uşaqlar üçün qorxuducu nәticәlәri olan bir müharibәdir. Televiziya kanallarında yaşananları izlәyirik. Bu müharibәyә son qoyulmalıdır. Müharibәyә son qoymaq üçün әlimizdәn gәlәni edirik.Bu bütün dünyanı narahat edәn bir tәcavüzdür’’,-deyә Amerika Birlәşmiş Ştatları dövlәt katibi qeyd edib.

Blinken bəyan edib ki, bir ölkənin başqa bir  ölkənin sərhədlərini dəyişdirmək və təsir dairələri yaratmaq hüququ yoxdur.

“Əgər biz Putinin indi etdiyi kimi bu prinsiplərin cəzasız qalmasına icazə versək, bunun yalnız bizim üçün deyil, bütün dünya üçün ciddi nәticәlәri olacaq’’,-deyә Entoni Blinken deyib.



Әlaqәli Xәbәrlәr