Ukrayna vә Rusiya müvәqqәti atәşkәslә bağlı razılığa gәlib

Belarusun Brest şәhәrindә  Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi keçirilib.

1789453
Ukrayna vә Rusiya müvәqqәti atәşkәslә bağlı razılığa gәlib

Belarusun Brest şәhәrindә  Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi keçirilib.

Mәlumata görә, tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər. Görüşdә Rusiya nümayәndә heyәtinә Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Midenski, Ukrayna nümayәndә heyәtinә isә Ukrayna prezident ofisi rәhbәrinin müavini Mixail Podolyak rәhbәrlik ediblәr.

Ukrayna tәmsilçisi  danışıqların üçüncü mərhələsinin  yaxın günlərdə baş tutacağını bildirib.

Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.

Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr