Rusiyanın Çerniqova endirdiyi hava zәrbәlәri nәticәsindә 47 mülki vәtәndaş ölüb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevin şimal-şərqində yerləşən Çerniqov şəhərinə təşkil etdiyi hava hücumunda 47 mülki vətəndaş həyatını itirib.

1789462
Rusiyanın Çerniqova endirdiyi hava zәrbәlәri nәticәsindә 47 mülki vәtәndaş ölüb

 

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevin şimal-şərqində yerləşən Çerniqov şəhərinə təşkil etdiyi hava hücumunda 47 mülki vətəndaş həyatını itirib.

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada Rusiya ordusunun Çerniqovda mülki strukturlara hava hücumu təşkil etdiyi bildirilib.

Açıqlamada bəzi binaların söküldüyü, dağıntılar altından 33 nəfərin cəsədinin çıxarıldığı bildirilib.

Hucum nәticәsindә 18 mülki vətəndaşın da  yaralandığı vurğulanıb. Açıqlamada hücumların intensivləşməsi səbəbindən axtarış-xilasetmə işlərinin dayandırıldığı qeyd edilib.

Rusiya ordusu dünən səhər saatlarında Çerniqov şəhərindəki  yanacaq anbarlarına  zərbələr endirib.

Digər tərəfdən, Rusiya tanklarının Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığındakı qəsəbəyə daxil olduğu bildirilib.

Daxili İşlər Nazirliyindəki mənbələr rusların qәsәbәni nәzarәtinә  keçirdiyini təsdiqləyib. Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük, dünyada isə 10-cu әn böyük atom elektrik stansiyasıdır.

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Ukrayna Rusiya qüvvələri ilə şiddətli döyüşdən sonra ölkənin şimalında yerləşən Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti itirmişdi.



Әlaqәli Xәbәrlәr