İsveçin "Ericsson"  texnologiya şirkəti DEAŞ terror təşkilatına rüşvət verib

İsveçin "Ericsson"  texnologiya şirkətinin 2014-cü ildə İraqın Mosul şəhərində terror təşkilatı DEAŞ-a 20 milyon kron rüşvət verdiyi məlum olub.

1787462

İsveç dövlət televiziyası "SVT" "Ericsson" şirkətinin daxili yazışmaları ilə bağlı sənədləri dərc edib.

Sənədlərə görə, 2014-cü ildə DEAŞ-ın qondarma komandiri "Ericsson" şirkətinin menecerlərindən birinə zəng edərək “bölgədə işləyə bilmələri” üçün rüşvət istəyib.

Bunun qarşısında "Ericsson" şirkəti DEAŞ-a 20 milyon kron göndərib.

"Ericsson" şirkətindən verilən açıqlamada ittihamlarla bağlı araşdırmalara başlanıldığı bildirilib.

Açıqlamada araşdırmalar nəticəsində bir neçə əməkdaşın şirkətdən qovulduğu və "Ericsson" şirkətinin hər hansı əməkdaşının birbaşa terror təşkilatlarının maliyyələşdirilməsində iştirak etdiyini söyləməyin mümkün olmadığı irəli sürülüb.

Әlaqәli Xәbәrlәr