Çin: “Rusiya ilə əməkdaşlığımız davam edəcək”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ölkəsinin Rusiya ilə qarşılıqlı hörmət, fayda və bərabərlik əsasında əməkdaşlığının davam edəcəyini bildirib.

1787791
Çin: “Rusiya ilə əməkdaşlığımız davam edəcək”

Sözçü Vanq Venbin, dünən mətbuat konfransında jurnalistlərin ünvanladıqları sualları cavablandırıb. O, Çinin enerji kimi əmtəə məhsul ticarəti davam etdirərək Rusiyaya dəstək olub-olmayacağına dair ünvanlanan suala: “Biz Rusiya ilə qarşılıqlı hörmət, fayda və bərabərlik əsasında əməkdaşlığı davam etdirəcəyik”, - deyə cavab verib.

Bəzi Qərb ölkələrinin Rusiyanı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) çıxarmaq qərarınına da münasibət bildirən sözçü, beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşı olduqlarını vurğulayıb. Mətbuat katibi qeyd edib ki, sanksiya problemi həll etmək əvəzinə yeni problemlər yaradacaq Bu saysız-hesabsız faktlarla sübut olunub. Vanq Venbin bildirib ki, sanksiya təkcə problem yaşayan hər iki tərəfə iqtisadi ziyan vurmayacaq, həm bütün tərəflərə iqtisadi ziyan vuracaq, həm də siyasi həll prosesinə mənfi təsir göstərəcək.



Әlaqәli Xәbәrlәr