“Rusiyanın Ukraynaya hücumu dönüş nöqtəsidir, çünki…” O.Şolz

Almaniya, Belçika və Fransa Ukraynaya silah və sursat göndərir

1786159
“Rusiyanın Ukraynaya hücumu dönüş nöqtəsidir, çünki…” O.Şolz

 

  Almaniya Ukraynaya 1000 tank əleyhinə və 500 “Stinger” raketi göndərəcəyini bildirdi. Hökumət sözçüsü Steffen Hebestreit verdiyi yazılı məlumatda bildirib: “Almaniya hökuməti Ukrayna silahlı qüvvələrinə dəstək üçün ordu ehtiyatlarından 1000 tank əleyhinə və 500 “Stinger” raketi göndərməyə qərar verdi. Silahlar ən qısa zamanda Ukraynaya çatacaq”.

  Bəyanatda qiymətləndirməsi yer alan Almaniya kansleri Olaf Şolz Rusiyanın Ukraynaya hücumunun dönüş nöqtəsi olduğunu söyləyib: "Rusiya prezidenti Vladimir Putinin işğalçı ordusuna qarşı Ukraynanın özünümüdafiəsinə bacardığımız qədər dəstək vermək bizim borcumuzdur. Almaniya Ukraynanın tərəfindədir.

  Ukraynaya silah göndərməsi Almaniyada siyasət dəyişikliyi deməkdir. Çünki bundan əvvəl Almaniya müharibə və böhran bölgələrinə silah göndərməkdən imtina edib”.

  Belçikanın baş naziri Aleksandr de Kroo (Alexander de Croo) da Ukraynanın hərbi yardım tələbinə cavab verdiklərini bildirib: “Rəsmi Brüssel Ukraynaya hərbi texnika, 2000 avtomat silah və 3800 ton yanacaq göndərir”.

  Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə Müdafiə və Təhlükəsizlik Şurasının iclasında Fransanın Ukraynaya daha çox hərbi texnika göndəriləcəyi və yanacaq baxımından bu ölkəyə yardım göstəriləcəyi açıqlanıb. Toplantıda Avropa və ABŞ-la koordinasiyada Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarının gücləndirilməsinə qərar verilib, Rusiya hakimiyyətinin ölkədəki bank hesablarına əl qoyulacağı bildirilib.

  Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr