Somalidə parlament seçkiləri növbəti dəfə təxirə salınıb

TRT-nin xəbərinə görə bu barədə Somalinin hökumət rəhbəri Məhəmməd Hüseyin Roble açıqlama verib.

1785247
Somalidə parlament seçkiləri növbəti dəfə təxirə salınıb

Baş nazir bildirib ki, 25 Fevralda tamamlanacağı gözlənilən parlament seçkiləri, 15 Martda sona çatacaq.

Parlament seçkilərində bu günə dək 275 yerdən 175-nin müəyyən edildiyini ifadə edən Baş nrazir ölkənin bəzi bölgələrində seçkilərin aparıla bilmədiyini, bunda quraqlıq, təhlükəsizlik və maliyyə məsələlərinin təsirli olduğunu bildirib.

Qeyd edək ki, “Xalq Məclisi” olaraq da bilinən aşağı palatanın 275 üzvü müxtəlif qəbilələri təmsil edən 14 min nümayəndə tərəfindən 4 il müddətinə seçilir. Parlamentin yuxarı palatasının 54 üzvü dövlət şuraları tərəfindən müəyyən edilir. Seçilmiş şura üzvləri həm şuranın sədrini, həm də yeni prezidenti müəyyən edir.



Әlaqәli Xәbәrlәr