NATO-ya üzv ölkәlәrin liderlәrinin fövqәladә iclası keçirilir

NATO-ya üzv ölkәlәrin liderlәri Rusiyanın Ukraynaya hәrbi müdaxilәsini müzakirә etmәk üçün fövqәladә iclasda bir araya gәldilәr.

1785629
NATO-ya üzv ölkәlәrin liderlәrinin fövqәladә iclası keçirilir

NATO-ya üzv ölkәlәrin liderlәri Rusiyanın Ukraynaya hәrbi müdaxilәsini müzakirә etmәk üçün fövqәladә iclasda bir araya gәldilәr.

NATO-nun Baş katibi Yens Stoltenberq NATO dövlәt vә hökumәt başçıları sәviyyәsindә keçirilәn iclasda açılış nitqi ilә çıxış etdi.. Yens Stoltenberq Rusiyanın aylardır edilәn xәbәrdarlıqlara vә göstәrilәn diplomatik sәylәrә baxmayaraq Avropa qitәsindә sülhü pozduğunu vurğuladı.

NATO baş katibi Yens Stoltenberq deyib ki, alyans Ukraynanının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da NATO-nun videokonfrans formatında keçirilәn fövqәladә iclasına qatılıb.

Prezident Rәcәb Tayyib Әrdoğanı milli müdafiә naziri Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, ordu generalı Yaşar Gülәr, Milli Kәşfiyyat Tәşkilatının rәhbәri Hakan Fidan, Türkiyә Prezidenti Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun, Türkiyә prezidentinin sözçüsü İbrahim Kalın vә Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik müşaiyәt ediblәr.

İclasa Avropa İttifaqı, Finlandiya vә İsveç liderlәri dә qatılıb.

NATO-ya üzv ölkәlәrin liderlәrinin iclasınıdan sonra yayımlanan bәyannamәdә deyilir: ‘‘Ukraynanın demokratik yollarla seçilmiş prezidentini, parlamentini, hökumәtini vә vәtәndaşlarını müdafiә edәn cәsur Ukrayna xalqının yanındayıq’’.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr