Yens Stoltenberq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı müttəfiq ölkələrin liderlərini sabah videokonfrans üsulu ilə görüşə dəvət etdiyini açıqlayıb.

1784654
Yens Stoltenberq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı müttəfiq ölkələrin liderlərini sabah videokonfrans üsulu ilə görüşə dəvət etdiyini açıqlayıb.

Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra verdiyi açıqlamada "Rusiya Ukraynaya hücum etmişdir. Bu, vəhşi müharibə əməliyyatıdır" deyib.

Aylardır etdikləri xəbərdarlıqların gerçəkləşdiyini vurğulayan Yens Stoltenberq deyib ki, qitəmizdə sülh pozulmuşdur. Hazırda Avropada müharibə gedir. Şimali Atlantika Şurası Vaşinqton razılaşmasının 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr üçün bir araya gəldi. Rusiya Ukraynaya qarşı hava, quru və raket hücumları həyata keçirir, hərbi infrastrukturu və böyük şəhər mərkəzlərini hədəf alır. Bu, düşünülmüş, soyuqqanlı və çoxdan planlaşdırılan bir işğaldır.

İnsan tələfatına görə Rusiya liderlərinin məsuliyyət daşıdığını bildirən Stoltenberq, NATO müttəfiqlərinin Ukraynaya müdaxiləni ən sərt şəkildə qınadıqlarını bildirib.

Rusiyanı bir daha qoşunlarını Ukraynadan çıxarmağa və diplomatiya yolunu seçməyə çağıran Stoltenberq belə davam edib:

"NATO-nun əsas vəzifəsi bütün müttəfiqləri qorumaq və müdafiə etməkdir. Yanlış hesablamalara və anlaşılmazlıqlara yer yoxdur. Bir müttəfiqə hücum bütün alyansa hücum kimi qiymətləndiriləcək. Bu, bizim kollektiv təhlükəsizliyimizin qarantiyasıdır.

Şimali Atlantika Şurası, Avropadakı Müttəfiq Qüvvələrin ali baş komandanı general Tod D. Voltersin xahişi ilə bu gün müdafiə planlarımızı aktivləşdirmək qərarına gəlib.

Bu, böhran dövründə müttəfiq dövlətləri qorumaq üçün ehtiyatlı və müdafiə xarakterli addımdır, NATO Cavab Qüvvələri də daxil olmaqla qabiliyyət və imkanları lazım gəldikdə lazımlı olan yerlərə göndərməyi də əhətə edir".

Stoltenberq bildirib ki, Şərqi Avropada mövcudluq son həftələrdə minlərlə hərbçi ilə gücləndirilib, ən azı 100 döyüş təyyarəsi və 120 döyüş gəmisi yüksək hazırlıq səviyyəsindədir.

NATO müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq müttəfiqləri qorumaq üçün lazım olan hər şeyi edəcəyini vurğulayan Yens Stoltenberq “Təqib ediləcək yolu müəyyən etmək üçün NATO liderlərini sabah virtual sammitə çağırmışam” deyib.

Stoltenberq NATO-nun avtoritar rejimlərə qarşı azadlıq və demokratiyanı qorumağa davam edəcəyini, Şimali Amerika və Avropanın qətiyyətlə cavab verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr