Vladimir Putin: ‘‘Rusiyanı müdafiә etmәk üçün başqa çarәmiz yox idi’’

Rusiya prezidenti Vladimir Putin ölkәsinin Ukraynaya hәrbi müdaxilәsi ilә bağlı deyib: ‘‘Rusiyanı müdafiә etmәk üçün başqa çarәmiz yox idi’’.

1784882

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

Putin deyib: “İçində olduğumuz sistemə zərər vurmağı planlaşdırmırıq. Tərəfdaşlarımız bunu anlamalıdır ki, bizi sistemdən çıxarmamalıdırlar”

Putin qeyd edib ki, vəziyyəti dəyişdirmək üçün bütün cəhdləri nəticəsiz qalıb:

“Rusiyanı müdafiə etmək üçün başqa çarəmiz yox idi”.

Vladimir Putin qeyd edib ki, Rusiya üçün belə təhlükəsizlik riskləri yaradılıb və buna başqa vasitələrlə cavab vermək mümkün deyil.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr