Tramp sosial media tətbiqini istifadəyə verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp-ın “Truth Social” adlı sosial şəbəkəsi istifadəyə verilib.

1782738
Tramp sosial media tətbiqini istifadəyə verdi

Əvvəlcədən də gözlənildiyi kimi ABŞ-ın keçmiş prezidenti Donald Tramp-ın komandası “Truth Social” adlı sosial şəbəkəni istifadəyə verib. Sözügedən sosial şəbəkənin tətbiqi Apple şirkətinin App Store platformasında amerikalı istifadəçilər üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, Donald Tramp öz sosial şəbəkəsini istifadəyə verəcəyini ilk dəfə keçən il elan etmişdi. Beləliklə istifadəyə verilmiş “Truth Social” adlı sosial şəbəkə öz dizaynı baxımından Twitter-i xatırladır. Donald Tramp vaxtında Twitter-dən aktif istifadə edirdi. Lakin 2021-ci ilin əvvəlində Twitter onun hesabını həmişəlik blokladı. Twitter-də paylaşımlara tweet deyilir. Truth Social-da isə paylaşımlara truths deyilir. Sözügedən sosial şəbəkədə istifadəçilər bəyəndikləri paylaşımları öz dostları ilə bölüşə və onlara rəy bildirə bilərlər.

 



Әlaqәli Xәbәrlәr