ABŞ kəşfiyyatı: Putin komandirlərinə hücum əmri verdi

Amerika kəşfiyyatı Rusiya ilə Ukrayna arasında gərginliyin  tarıma  çəkildiyi  bir vaxtda mediaya Putin ilə   əlaqəli  maraqlı iddia sızdırıb.

1781888
ABŞ kəşfiyyatı: Putin komandirlərinə hücum əmri verdi

ABŞ kəşfiyyatı: Rusiya ordusu komandirlərinə Ukraynaya hücum təlimatı  verib.

"Washington Post qəzeti" və "CNN" televiziyasının ABŞ rəsmilərinə istinad  etdiyi xəbərində, Amerika kəşfiyyatının prezident Putinin ordu komandirlərinə   Ukraynaya hücum əmri  verdiyinə  dair   məlumat  əldə  etdiyinə  diqqət  çəkilib  və Prezident Co Bayden ilə  ABŞ  dövlət  departamentinin  rəhbəri   Antoni Blinkenin   kəşfiyatın   əldə   etdiyi   məlumata   əsaslanaraq Putinin Ukraynanı işğal etmək qərarına gəldini  açıqladıqları  bildirilib.

Xəbərlərdə  sözügedən  məlumatın  Rusiya tərəfindən hədəfi  çaşdırmaq məqsədi  ilə  yayıldığı  ehtimalına  diqqət  çəkilib. 

Xatırladaq ki, Prezident  Bayden cümə günü  verdiyi açıqlamada Vladimir Putinin Ukraynanı işğal etmək qərarına gəldiyini və Rusiya ordusunun Kiyevi işğal edə biləcəyini  bildirdi.  Blinken isə bazar günü CNN telekanalında  müsahibəsində   Rusiyanın bölgədəki fəaliyyətini “İşğal prosesinin başlanğıcı”  deyə xarekterizə  etdi.

Ağ Evdən  yayılan  açıqlamada  isə  prezident Co Baydenin Moskvanın Ukraynanı  işğal  planının olmaması halında  Rusiya prezidenti Putinlə görüşmək barədə prinsipial razılığa gəldiyi bildirilib.  Bəyanatda   həmçinin   qeyd  edilib  ki,  ABŞ böhranın diplomatik yolla həlli  ilə əlaqəli  lazımlı addımları   atmaqda  hazırdır. Lakin Rusiya işğaldan imtina etməzsə, sanksiyalarlardan  xilas ola bilməyəcək.  



Әlaqәli Xәbәrlәr