Avropa ittifaqına üzv dövlәtlәrin XİN rәhbәrlәri iclas keçirәcәk

Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәri Rusiya ilә  Ukrayna arasındakı böhranı müzakirә etmәk üçün fevralın 21-dә iclas keçirәcәk.

1781345

İclasa Ukrayna xarici işlәr naziri Dmitro Kulebanın da qatılması gözlәnilir.

Avropa İttifaqı Rusiyanın Ukraynaya hücum edәcәyi  tәqdirdә bu ölkәyә sanksiyalar tәtbiq edәcәyini bildirib.Sanksiyaların maliyyә,iqtisadi vә siyasi olacağı bildirilib.

Xarici işlər nazirlərinin iclasında Körfəz Əməkdaşlıq Şurasına üzv dövlәtlәr ilә əlaqələr də qiymәtlәndirilәcәk. İclasda hәmçinin Mali, İran nüvә müzakirәlәri,iqlim diplomatiyası vә kiber hücumlar kimi mövzuların da qiymәtlәndirilmәsi planlaşdırılır.

Әlaqәli Xәbәrlәr