Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə Ukraynadakı vəziyyəti və təhlükəsizlik təminatlarını müzakirə edib.

1781135
Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə Ukraynadakı vəziyyəti və təhlükəsizlik təminatlarını müzakirə edib.

Kremldən verilən açıqlamaya görə, Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

Ukraynadakı vəziyyətin müzakirə edildiyi görüşdə Putin həftə ərzindəki beynəlxalq təmasları barədə məlumat verib.

Görüşdə Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

2021-ci ilin dekabrında Rusiya ABŞ ilə müxtəlif təhlükəsizlik təminatlarına dair təklifləri özündə əks etdirən iki saziş layihəsini NATO-ya təqdim etmişdi.

ABŞ və NATO yanvarın sonunda Rusiyaya məsələ ilə bağlı yazılı cavab göndərib.

Rusiya da dünən 11 səhifəlik məqaləsində Vaşinqtonun cavabına münasibətini bildirib.



Әlaqәli Xәbәrlәr