Sergey Lavrov ölkәsinin Ukraynanı işğal edәcәyi ilә bağlı iddialara münasibәt bildirib

Rusiyanın xarici işlәr naziri Sergey Lavrov ölkәsinin Ukraynanı işğal etmәyә hazırlaşdığı ilә bağlı yayılan xәbәrlәrә münasibәt bildirib.

1779068

Sergey Lavrov polşalı hәmkarı Zbigniew Rau ilә keçirdiyi görüşdәn sonra Rusiya ilә Ukrayna arasındakı böhranla bağlı açıqlamalar verib.

Ölkәsinin Ukraynanı işğal edәcәyi ilә bağlı yayılan iddiaları tәkzib edәn Sergey Lavrov deyib: ‘‘Rusiyanın bütün hәrbi tәlimlәri planlaşdırıldığı kimi başladı vә başa çatdı. Qәrb ilә dialoqumuzu davam etdirәcәyik. Ümidvaram ki bir nәticә әldә edәrik’’.

Digәr tәrәfdәn Rusiya parlamentariləri Ukraynanın şərqindəki iki bölgәnin  ayrılmasının tanınması ilə bağlı tövsiyə qәrarın  Rusiya prezidenti Vladimir Putinə göndərilməsini təsdiqləyiblər.

Әlaqәli Xәbәrlәr