Liviyada seçki prosesi başladı

Liviya baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabında verdiyi açıqlamada bu barədə danışıb.

1778010
Liviyada seçki prosesi başladı

Planlaşdırılan seçkilərə münasibət bildirən Baş naziri Dibeybe: “İctimaiyyətin seçkilərə doəstəyini, keçid dövrünün uzadılmasından imtina etməsini yaksək qiymətləndirir və  təşəkkür edirəm. Daha seçki prosesi başlayıb və legitim hakimiyyət seçilənə qədər davam edəcək”.

Qeyd edək ki, Baş nazir Dibeybe dünən verdiyi açıqlamada seçki tarixini fevralın 17-də elan edəcəklərini açıqladı. Lakin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında ölkədə prezident və parlament seçkilərinin 24 dekabr 2021-ci ildə keçirilməsi qərarı qəbul edilid. Ancaq Tobrukdakı Nümayəndələr Palatası və Dövlət Ali Şurası hüquqi infrastrukturu müəyyən edəcək qanunla bağlı razılığa gələ bilmədiyi üçün seçkilər nəzərdə tutulan tarixdə keçirilə bilmədi. Tobrukdakı Nümayəndələr Palatası hazırkı Milli Birlik Hökumətinin mandatının dekabrın 24-də başa çatdığını iddia edərək fevralın 10-da yeni baş naziri seçmək üçün iclas təşkil etdi və beləcə ölkənin qərbindəki deputatların əksəriyyətinin qatılmadıqları iclasda Fəthi Başağa baş nazir seçildi. Bu prosesdən sonra Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe Nümayəndələr Palatasını Cenevrə razılaşmasında müəyyən edilmiş yol xəritəsindən kənara çıxmaqda günahlandıraraq, vəzifəsinin başında olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr