Dəfn mərasiminə silahlı hücum, 9 nəfər ölüb

Meksikada silahlı hücum  nəticəsində  həyatını itirən bir şəxsin  dəfn  mərasiminə  iki ayrı silahlı hücum təşkil  edilib.

1777946
Dəfn mərasiminə silahlı hücum, 9 nəfər ölüb

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə  görə, Çihuahua ştatının Syudad Xuarez şəhərində dəfn mərasiminə təşkil  edilən iki ayrı silahlı hücum  nəticəsində  bir 12 yaşlı uşaq və 2 qadın olmaqla 9 nəfər həyatını itirib, 2 nəfər yaralanıb. Bildirilir  ki,  ilk hücum cənazə evinə edilib. Orada 3 nəfər  ölüb. İkinci hücumda isə dəfn mərasiminin təşkil etdiyi kilsə hədəfə  götürülüb və  6 nəfərin ölümü  ilə  nəticələnib.  2 nəfər  də  bədən xəsarəti alıb.

Baş Prokurorluq hadisə ilə bağlı istintaq başladıb.   



Әlaqәli Xәbәrlәr