Antonio Quttereş Liviya ilә bağlı çağırış edib

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Liviyadakı xalqın iradәsinә hörmәt göstәrilmәsi üçün seçkilәrin әn qısa müddәtdә keçirilmәsi ilә әlaqәdar çağırış edib.

1777342

BMT-dәn verilәn mәlumata görә, Antonio Quterreş Liviyanın şәrqindә yerlәşәn Tobrukdakı Nümayәndәlәr Mәclisinin keçmiş daxili işlәr naziri Fethi Başağanı Baş nazir seçmәsindәn sonra liviyalı tәrәflәrin vә qurumların bu növ әhәmiyyәtli qәrarı razılıq әldә edәrәk qәbul etmәsinin vacibliyini vurğulayıb.

Ölkәdә sabitliyin qorunmasının vacibliyini vurğulayan Antonio Quterreş deyib: ‘‘Liviyadakı xalqın iradәsinә hörmәt göstәrilmәsi üçün seçkilәrin әn qısa müddәtdә keçirilmәsinә әhәmiyyәt verilmәlidir''.

BMT rәhbәrliyindәki Liviya Siyasi Dialoq Forumu 2020-ci ilin noyabr ayında keçirilәn toplantılarda prezident vә parlament seçkilәrinin 2021-ci ilin dekabr ayının 24-dә keçirilmәsinә qәrar vermişdi.

Ancaq Nümayәndәlәr Mәclisi vә Ali Dövlәt Şurası seçkilarin hüquqi infrastrukturunu müәyyәn edәcәk qanun mәsәlәsindә razılıq әldә edә bilmәdi.

Hüquqi problemlәr sәbәbindәn seçkilәr planlaşdırılan tarixdә keçirilmәdi.

Әlaqәli Xәbәrlәr