Sergey Lavrov ingiltәrәli hәmkarı Liz Truss ilә görüşüb

Rusiya xarici işlәr naziri Sergey Lavrov ingiltәrәli hәmkarı Liz Truss ilә keçirdiyi görüşü lallarla karların söhbәti kimi qiymәtlәndirib.

1776792
Sergey Lavrov ingiltәrәli hәmkarı Liz Truss ilә görüşüb

Rusiya xarici işlәr naziri Sergey Lavrov ingiltәrәli hәmkarı Liz Truss ilә keçirdiyi görüşü lallarla karların söhbәti kimi qiymәtlәndirib.

‘‘Dinlәyirik amma eşitmirik’’,- deyә Sergey Lavrov bildirib.

Sergey Lavrov ingiltәrәli hәmkarı ilә Rusiyanın paytaxtı Moskvada görüşüb.

Nazirlәr görüşdәn sonra tәşkil edilәn birgә mәtbaut konfransında çıxış ediblәr.

Sergey Lavrov Truss ilә Rusiyanın Ukraynanı işğal edәcәyi ilә bağlı iddiaları müzakirә etdiklәrini deyib.

Liz Truss ilә keçirdiyi görüşü lallarla karların söhbәti kimi qiymәtlәndirәn Sergey Lavrov deyib: ‘‘Dinlәyirik amma eşitmirik’’.

Rusiyalı nazir britaniyalı həmkarının onun Ukrayna ilə bağlı təfərrüatlı izahatlarını ya bilmədiyini, ya da tamamilə görmәzlikdәn gәldiyini bildirib.

Sergey Lavrov Qәrbin Rusiyadan zәmanәtlә bağlı tәlәbinin olduğunu, Rusiyaya isә heç kimin zәmanәt vermәdiyini vurğulayıb.

Rusiyanın xarici işlәr naziri  Liz Trussun görüşdә ittiham xarakterli açıqlamalar verdiyinə dә diqqət çəkib.

Liz Tuss isә öz növbәsindә deyib: ‘‘Rusiyanın Ukraynaya qarşı tәcavüzünü dayandırması vә mәsәlәnin diplomatik yolla hәll edilmәsi üçün bir fürsәt var. NATO bu yola üstünlük verilmәdiyi tәqdirdә Rusiya, Ukrayna vә bütün Avropa üçün nәticәlәrin ağır olacağını açıqlayır’’.

Rusiyanın qonşu ölkәlәrin NATO-ya üzv olmasına qarşı olduğunu vurğulayan Liz Truss bunun sәhv addım olduğunu deyib.

İngiltәrәli nazir Ukrayna sәrhәdlәrinin yaxınlığında 100 mindәn çox Rusiya hәrbçisinin olduğunu ifadә edib. Trus deyib: ‘‘Bu addım Ukrayna xalqını Rusiyadan uzaqlaşdırır''.



Әlaqәli Xәbәrlәr