Somalidә heyvandarlığa dәstәk proqramına start verilib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Somali Heyvandarlıq və Meşə Təsərrüfatı Nazirliyi ölkədə ərzaq böhranı ilə mübarizə aparmaq üçün heyvandarlığa dəstək proqramına start verib.

1776369

Bu barәdә BMT Әrzaq və Kənd Təsərrüfatı Təşkilatının rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.Paylaşımda vurğulanıb ki, Somalidə davam edən quraqlığın sәbәb olduğu әrzaq böhranına qarşı kampaniyaya start verilib.

Bu çərçivədə heyvandarlığa dəstək proqramına başlanıldığı bildirilən bəyanatda 267 min ailəyə məxsus  azı 10 milyon heyvanın müalicə olunacağı vurğulanıb. Mәlumatda qeyd olunub ki, proqramın mәqsәdi süd istehsalını artırmaq vә әrzaq böhranının qarşısını almaqdır.

Somalidə davam edən quraqlığın sәbәb olduğu ərzaq böhranı səbəbindən minlərlə ailə köç etmək məcburiyyətində qalıb,  çox sayda  heyvan susuzluqdan tələf olub.

Әlaqәli Xәbәrlәr