Kolumbiyada torpaq sürüşməsi, 14 nəfər ölüb

Kolumbiyanın Risaralda inzibati bölgəsində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində onlarla adam həyatını itirib.

1775618
Kolumbiyada torpaq sürüşməsi, 14 nəfər ölüb

Risaraldanın Dosquebradas və Pereyra şəhərlərində daşqınlar səbəbindən küçə və prospektlərdə palçıq  altında  qalıb.

Kolumbiyanın Milli Fəlakət Riskinin İdarə Edilməsi Xidmətindən  yayılan   məlumata  görə  yağıntıların səbəb  olduğu  torpaq sürüşmələrində 14 nəfər həyatını itirib, 35 nəfər yaralanıb. 1 nəfər  itkin  düşüb. Əraziyə  cəlb  olan  Əsgərlər axtarış-xilasetmə səylərinə, eləcə də yanğınsöndürənlərə dəstək verir.

Pereyra meri Karlos Maya təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanlara yardım çatdırdıqlarını,  təxliyyə işlərinin  isə  davam etdiyini qeyd edib. Kolumbiyada hər il leysan yağışları  nəticəsində    baş verən  daşqınlar və torpaq sürüşmələri çoxlu sayda insanın həyatını itirməsinə və ciddi maddi ziyana səbəb olur.

 



Әlaqәli Xәbәrlәr