Putin və Makron birgə mətbuat konfransında çıxış ediblər

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Moskvada “Rusiyanın təhlükəsizlik zəmanətləri və Ukrayna böhranını” müzakirə ediblər.

1774941
Putin və Makron birgə mətbuat konfransında çıxış ediblər

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Moskvada “Rusiyanın təhlükəsizlik zəmanətləri və Ukrayna böhranını” müzakirə ediblər.
Kremldə 5 saatdan çox davam edən görüşdən sonra hər iki lider birgə mətbuat konfransında çıxış ediblər.

Görüşün səmərəli və faydalı keçdiyini deyən Putin Makronla Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi təhlükəsizlik zəmanəti məsələsi ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

NATO-nun 1997-ci ildə şərqə doğru genişlənməməsi, sərhədlərinə qayıtmaması və Rusiya sərhədlərinə silah yerləşdirməməsi ilə bağlı təkliflərin ABŞ və NATO tərəfindən diqqətdən kənarda qaldığını qeyd edən Putin “Digər şeylərlə yanaşı, NATO-nun 2019-cu ildəki hərbi strategiyasında əsas təhlükəsizlik təhdidi kimi Rusiya yer alıb və o, bizi düşmən adlandırıb, NATO bizi düşmən kimi tanıyıb” deyib.

NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırdığını vurğulayan Putin NATO və üzv ölkələrin Rusiya silahlı qüvvələrinin harada və necə yerləşdiriləcəyi ilə bağlı “dərs verməyə” çalışdığını bildirib. Rusiyanın NATO-ya deyil, Rusiyaya doğru getdiyini iddia edən Putin bu səbəbdən ölkəsinin aqressiv davrandığını söyləməyin ağılsız olduğuna diqqət çəkib.

Rusiya hərbi birləşmələrinin Rusiya ərazisi daxilində hərəkətinin hansı səbəbdən qonşu ölkələr üçün təhlükə yaratdığını “anlaşılmaz” hesab etdiyini vurğulayan Putin bu vəziyyətdən Moskvaya qarşı düşmənçilik siyasəti yürütmək üçün istifadə edildiyini bildirib. “NATO-ya üzv dövlətlər özləri Ukraynanı müasir silahlarla doldurmağa davam edir, Ukrayna ordusunun modernləşdirilməsi üçün əhəmiyyətli maliyyə vəsaiti ayırır, hərbi ekspertlər və təlimçilər göndərirlər”, - Putin bildirib. 

Hazırkı Kiyev administrasiyasının Minsk razılaşmalarını ləğv etmək yolunu tutduğu qənaətində olduğunu qeyd edən Putin bu razılaşmalardan başqa alternativin olmadığını vurğulayıb.

Putin Makronun bir sıra fikirlərinin Ukrayna ilə bağlı atılacaq addımlar üçün müsbət olduğunu qeyd edib.

ABŞ və NATO ilə təhlükəsizlik təminatları ilə bağlı dialoqun sona çatmadığına diqqət çəkən Putin bu məsələ ilə bağlı təkliflərinə cavab ala bilmədiklərini xatırladıb.

Rusiyanın ABŞ və NATO-ya təhlükəsizlik zəmanəti ilə bağlı cavabına cavab hazırladıqlarını qeyd edən Putin, “İndi biz öz baxışımızla cavab hazırlayırıq. Biz cavabı Vaşinqton və Brüsselə göndərəcəyik.

Rusiya və Avropanın təhlükəsizlik zəmanətləri üzərində birgə işləməli olduğunu bildirən Fransa Prezidenti Makron isə öz növbəsində “Avropada yeni təhlükəsizlik nizamı qurmağa və sabitlik üçün təhlükəsizlik təminatları üzərində işləməyə hazır olduğumuz iradəsini birlikdə göstərməliyik. Bu, suveren dövlətlər olaraq birlikdə qurduğumuz təmələ söykənməlidir” deyib.

Rusiya və Avropa İttifaqının (Aİ) gərginliyi azaltmaq və vəziyyəti sabitləşdirmək üçün konkret tədbirlər haqqında razılığa gəlməsinin lazım olduğuna diqqət çəkən Makron Rusiya və Avropa ölkələrinin xaos istəməyəcəyini vurğulayıb.

Aİ və Rusiyanın Ukraynadakı gərginliyi həll etməli olduğunu deyən Makron Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi və Donbasdakı münaqişənin həlli üçün Normandiya formatı çərçivəsində işlərin davam etdiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr