İngiltərə Polşaya 350 hərbçi göndərəcək

İngiltərə Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda Polşaya əlavə 350 hərbçi göndərəcək.

1774936
İngiltərə Polşaya 350 hərbçi göndərəcək

İngiltərə Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda Polşaya əlavə 350 hərbçi göndərəcək.

İngiltərənin müdafiə naziri Ben Uolles paytaxt Londonda Polşanın müdafiə naziri Mariuş Blaşak ilə keçirdiyi birgə mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı fəaliyyətindən "ciddi narahatlığını" ifadə edib. 

O, “Həmrəylik ruhunda birlikdə işləyə biləcəyimizi göstərmək və İngiltərə ilə Polşanın yan-yana olduğuna dair güclü bir siqnal göndərmək üçün ikitərəfli yerləşdirmə olaraq Polşaya daha 350 ingilis hərbçi göndərərək burada olan 100 Krallıq mühandisinə əlavə edəcəyik" ifadəsini işlədib. 

Polşa naziri Blaşak da İngiltərənin Polşadakı hərbi mövcudluğunu artırmaq qərarına münasibət bildirib:

“Bu qoşunları Polşanın şərqində yerləşdirməklə NATO-nun şərq cinahını qoruduğunuz üçün sizə təşəkkür edirik”. 

Blaşak ingilis əsgərlərinin xüsusilə sərhəddəki təhlükəyə qarşı təhlükəsizliyi artırmaq üçün Polşa Silahlı Qüvvələri ilə əməkdaşlıq edəcəyini vurğulayıb.

Qeyd edək ki, aprel ayında İngiltərə Müdafiə Nazirliyi Polşanın Belarusla sərhədindəki miqrant böhranına mühəndislik dəstəyi çərçivəsində Britaniya Silahlı Qüvvələrinin 100 şəxsi heyətini vəzifələndirmişdi.

Polşanın müdafiə naziri Mariuş Blaşak da Britaniya ordusunun mühəndislərinin polşalı həmkarları ilə Belarus sərhədində “kəşfiyyat” missiyasına başladığını bildirərək, əsgərlərin Polşa-Belarus sərhədində hasarın möhkəmləndirilməsində əməkdaşlıq edəcəklərini qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr