Cozef Bayden: "İşğalın Rusiya üçün sürətli və sərt nəticələri olar"

BŞ Prezidenti Co Bayden Ağ Evdə Almaniya kansleri Olaf Şoltsla görüşüb.

1774939
Cozef Bayden: "İşğalın Rusiya üçün sürətli və sərt nəticələri olar"

ABŞ Prezidenti Co Bayden "Rusiya Ukraynanı işğal edərsə, ABŞ, Almaniya və NATO birlikdə hərəkətə keçməyə hazırdır. Bunun Rusiya üçün sürətli və kəskin nəticələri olacaq" deyib.
ABŞ Prezidenti Co Bayden Ağ Evdə Almaniya kansleri Olaf Şoltsla görüşüb.

Bayden və Şoltsla birgə mətbuat konfransında deyib ki, ABŞ, Almaniya və NATO Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə birlikdə hərəkətə keçməyə hazırdır. Bunun Rusiya üçün tez və dəhşətli nəticələri olacaq. Əgər Rusiya (Ukrayna) işğal edərsə, bu o deməkdir ki, tanklar və əsgərlər Ukrayna ilə sərhədi keçəcək, “Şimal axını 2” artıq olmayacaq, biz buna son qoyacağıq. Bizim Almaniyaya yenidən etibar etməyimiz vacib deyil. Almaniya tamamilə etibarlı müttəfiqdir.

Almaniya kansleri Olaf Şolts isə öz növbəsində deyib ki, Rusiyanın sərhəddə hərbi güclənməsinə səssiz qala bilmərik. Bu, Avropanın təhlükəsizliyinə ciddi təhdid yaradır. Rusiya Ukraynanı işğal edərsə, biz ABŞ və NATO ilə birgə hərəkət edəcəyik. Sanksiyalar olarsa, birləşib birlikdə addım atacağıq.



Әlaqәli Xәbәrlәr