Kanadanın Ottava şəhərində fövqəladə vəziyyət elan edilib

Yanvarın 29-da Kanadanın paytaxtı Ottavada başlayan və hələ də davam edən peyvənd əleyhinə yük maşınlarının hərəkəti “ümummilli üsyan” kimi qiymətləndirilib.

1774290
Kanadanın Ottava şəhərində fövqəladə vəziyyət elan edilib

Yanvarın 29-da Kanadanın paytaxtı Ottavada başlayan və hələ də davam edən peyvənd əleyhinə yük maşınlarının hərəkəti “ümummilli üsyan” kimi qiymətləndirilib. Ottava meri Cim Uotson fövqəladə vəziyyət elan edib.
Paytaxtdakı vəziyyəti müzakirə etmək üçün toplanan Ottava Polis İdarəsi hadisələri "ümummilli üsyan", Ottavanı isə bu qiyamın ortasında qalan "mühasirədə olan şəhər" kimi qiymətləndirib.

Ottava Polis Şurasının sədri Diane Dins açıqlamasında deyib: “Biz bu işğalın səkkizinci günündəyik. Şəhərimiz mühasirəyə alınıb. Bu qrup hökumətin bütün səviyyələrində sanksiyaların olmaması ilə cəsarətlənir. Bu qrup demokratiyamız üçün təhlükədir. Gördüklərimiz Ottava şəhər problemindən daha böyükdür. Bu ümummilli üsyandır. Bu dəlilikdir. Buna son qoymaq üçün konkret plana ehtiyacımız var” deyib.

Etirazın Kanadanın bütün şəhərlərinə yayıldığına diqqət çəkən Dins "Cəmiyyətimizdə bu cür terrorun belə davam etməsinə icazə verə bilmərik" deyə vurğulayıb.

Ottava bələdiyyə başçısı Jim Vatson şəhər mərkəzinin "nəzarətdən çıxdığını" bildirib və fövqəladə vəziyyət elan edib.



Әlaqәli Xәbәrlәr