Qazaxıstan vә Çin prezidentlәrinin görüşü olub

Çin prezidenti Si Cinpin sentyabrda Qazaxıstana rəsmi səfər edəcək.

1773892
Qazaxıstan vә Çin prezidentlәrinin görüşü olub

Çin prezidenti Si Cinpin sentyabrda Qazaxıstana rəsmi səfər edəcək.

Qazaxıstan Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, prezident Kasım-Jomart Tokayev 2022 Qış Olimpiya Oyunlarının açılış mərasiminә qatılmaq üçün Çinә sәfәr edib. Kasım-Jomart Tokayev Çinә etdiyi sәfәçәri çivәsindә bu ölkәnin prezidenti Si Cimpinlә görüşüb.

Qazaxıstan və Çin strateji əməkdaşlığının müzakirə edildiyi görüşdə tərəflər beynəlxalq gündəm әtrafında fikir mübadiləsi aparıblar.

Kasım-Jomart Tokayev Si Cimpinә ölkəsindəki vəziyyətin sabitləşdirilməsi üçün verdiyi dəstəyə görә tәşәkkür edib.

Qazaxıstan və Çin arasında diplomatik әlaqәlәrin qurulmasının 30-cu ildönümündə strateji tərəfdaşlıq üçün möhkəm zəmin yaradıldığını qeyd edən Kasım-Jomart Tokayev iki ölkə arasındakı əməkdaşlığın əbədi olduğunu qeyd edib. İkitərəfli münasibətlərdə yeni uğurlar əldə etmək üçün Çinlə sıx əməkdaşlığa hazır olduğunu vurğulayan Kasım-Jomart Tokayev Çin liderini sentyabrda Qazaxıstana  dəvət edib.

 



Әlaqәli Xәbәrlәr