Ferhan Haq Rusiya-Ukrayna böhranını qiymәtlәndirib

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin sözcüsü Ferhan Haq Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğanın Rusiya və Ukrayna arasındakı danışıqlarda vasitəçilik etmək təklifi ilә bağlı bәyanat verib.

1773189

‘‘Türkiyə də daxil olmaqla müxtəlif ölkələri gərginliyin həllinə kömək etməyə çağırırıq’’,-deyә Fәrhan Haq qeyd edib.

Bunu BMT Baş katibinin sözçüsü Farhan Haq keçirdiyi mətbuat konfransında deyib. Ferhan Haq Rusiya-Ukrayna böhranının sülh yolu ilә hәll edilmәsini istәdiklәrini söylәyib.

Türkiyə prezidentinin Rusiya və Ukrayna arasındakı danışıqlarda vasitəçilik etmək təklifini yüksək qiymətləndirdiklәrini ifadә edәn Ferhan Haq deyib: ‘‘Rusiya vә ABŞ-ın dialoqu davam etdirmәsini istәyirik’’.

Әlaqәli Xәbәrlәr