Fransa prezidenti Orta Şәrq ölkәlәrindә fәaliyyәt göstәrәn tәşkilatların tәmsilçilәri ilә görüşüb

Fransa prezidenti Emmanuel Makron Orta Şәrq ölkәlәrindәki xristian mәktәblәrinә edilә maliyyә dәstәyin iki dәfә artırılacağını bildirib.

1772278
Fransa prezidenti Orta Şәrq ölkәlәrindә fәaliyyәt göstәrәn tәşkilatların tәmsilçilәri ilә görüşüb

Fransa prezidenti Emmanuel MakronOrrta Şәrq ölkәlәrindәki xristian mәktәblәrinә edilә maliyyә dәstәyin iki dәfә artırılacağını bildirib.

Emmanuel Makron Yelisey sarayında Orta Şәrq ölkәlәrindәki xristianlarla bağlı fәaliyyәtlәr göstərən tәşkilatların tәmsilçilәri ilә görüşüb.

Burada mәtbuat konfransı tәşkil edәn Fransa prezidenti deyib: ‘‘Orta Şәrq ölkәlәrindәki xristianları dәstәklәmәk Fransanın әsrlik öhdәliyi vә tarixi missiyasıdır’’.

Ölkəsinin bu bölgədə mədəniyyət, təhsil və dialoq  mübarizəsindən vaz keçmәyәcәyini bildirәn Emmanuel  Makron bölgәdәki ölkәlәrdә xristianlarla bağlı fәaliyyәtlәr aparan ‘‘L’Oeuvre d’Orient’’ dәrnәyi ilә bölgәdәki xristian mәktәblәrinә edilәn maliyyә dәstәyinin iki dәfә artırılaraq 4 milyon avroya çatdırılacağını qeyd edib.

Şirkətlərin və fondların buna töhfə verməsini istədiyini ifadə edən Emmanuel Makron mərkəzi Cenevrədə yerləşən Münaqişə Bölgələrində İrsin Qorunması üzrә Beynəlxalq Alyansına 30 milyon dollar maliyyə dəstəyi verəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr