Co Bayden və Al Tani Ağ Evdə görüş keçiriblər

Ağ Evdə keçirilən görüşdə Əfqanıstan və qlobal enerji resurslarının sabitliyinin təmin edilməsi də daxil olmaqla bir çox ikitərəfli və regional məsələlər müzakirə olunub.

1771319
Co Bayden və Al Tani Ağ Evdə görüş keçiriblər

ABŞ Prezidenti Co Bayden və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani Ağ Evdə keçirdikləri görüşdə Əfqanıstan və qlobal enerji resurslarının sabitliyinin təmin edilməsi də daxil olmaqla bir çox ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Ağ Ev Bayden və Əmir Əl Tani arasında keçirilən görüşlə bağlı yazılı bəyanat verib.

Bəyanatda iki liderin Körfəz və Orta Şərq regionunda təhlükəsizlik və rifahın artırılması, qlobal enerji qaynaqlarının sabitliyinin təmin edilməsi, Əfqanıstan xalqının dəstəklənməsi, ticarət və investisiya əməkdaşlığının artırılması ilə bağlı razılığa gəldiyi bildirilib.

Bəyanatda ABŞ-ın təyyarə istehsalçısı "Boeing" ilə Qətər Hava Yolları arasında imzalanan 20 milyard dollarlıq müqavilənin hər iki lider tərəfindən müsbət qarşılandığı vurğulanıb.

Həmçinin qeyd olunub ki, Qətər və ABŞ arasında son 50 ildə dərinləşən strateji tərəfdaşlığın əlaməti olaraq Bayden Qətəri “NATO üzvü olmayan böyük tərəfdaş” kimi tanıyacağını ifadə edib.



Әlaqәli Xәbәrlәr