Avropa ölkələrinin Keniyadakı səfirlikləri vәtәndaşlarına xәbәrdarlıq edib

Avropa ölkələrinin Keniyadakı səfirlikləri vətəndaşlarına mümkün terror hücumu ilә bağlı xәbәrdarlıq edib.

1770023
Avropa ölkələrinin Keniyadakı səfirlikləri vәtәndaşlarına xәbәrdarlıq edib

Avropa ölkələrinin Keniyadakı səfirlikləri vətəndaşlarına mümkün terror hücumu ilә bağlı xәbәrdarlıq edib.

“The Daily Nation” qəzetinin xəbərinə görə, Fransa səfirliyi Qərb ölkələrinin vətəndaşlarına qarşı təhdidlərin davam etdiyini bildirərək Keniyadakı vətəndaşlarından həftə sonları da daxil olmaqla ictimai yerlərә çıxmamalarını istəyib.

İngiltərə səfirliyi vәtәndaşlarına  ölkənin şərqinə, Somali-Keniya sərhədinə səyahət etməməlәri barәdә xәbәrdarlıq edib.

Hollandiya və Almaniya səfirlikləri isə vәtәndaşlarına ölkәnin şәrqinә sәfәr etmәmәlәri ilә әlaqәdar çağırış edib.

Keniya polisi isə xəbərdarlıqlardan sonra paytaxt Nayrobi  daxil olmaqla bütün rayonlarda təhlükəsizlik tәdbirlәrinin güclәndirildiyini açıqlayıb.

Somalidə terrorla mübarizə əməliyyatlarına qatılan Keniya vaxtaşırı “Eş-Şəbab” terror təşkilatının hücumlarına məruz qalır.



Әlaqәli Xәbәrlәr