Çexiya həmrəylik çərçivəsində Ukraynaya artilleriya mərmisi göndərəcək

Çexiya həmrəylik çərçivəsində Ukraynaya 4 min 6 artilleriya mərmisi göndərəcək.

1769166
Çexiya həmrəylik çərçivəsində Ukraynaya artilleriya mərmisi göndərəcək

Çexiya həmrəylik çərçivəsində Ukraynaya 4 min 6 artilleriya mərmisi göndərəcək.

Çexiya Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin Ukraynaya “hədiyyə olaraq” 4 min 6 ədəd 152 millimetrlik artilleriya mərmisi göndəriləcəyi bildirilib.

Müdafiə naziri Jana Çernocova Nazirlər Şurasının iclasından sonra jurnalistlərə verdiyi açıqlamada "Ukrayna ilə əməkdaşlığımız uzunmüddətlidir və bu ölkəni demokratiya yolunda dəstəkləməyə davam edirik. Siyasi və diplomatik vasitələrlə yanaşı, bu sursat hədiyyəsinin sübut etdiyi kimi həm də konkret dəstək veririk. Bunun önəmli bir həmrəylik jesti olduğunu düşünürük” deyib.

Hökumət sözçüsü Yakub Fajnor isə qeyd edib ki, Kiyev hökuməti yardım istəyib: “Hədiyyənin məqsədi Rusiyanın Ukrayna sərhədi boyunca böyük hərbi qüvvələr topladıqdan sonra Ukraynanın müdafiəsini gücləndirməyə kömək etməkdir”.



Әlaqәli Xәbәrlәr