Zelenski: “Ukraynanın şərqində vəziyyət nəzarət altındadır"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqində gərginliyin azaldılması istiqamətində fəaliyyətləri davam etdirdiklərini bildirib.

1767864
Zelenski: “Ukraynanın şərqində vəziyyət nəzarət altındadır"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqində gərginliyin azaldılması istiqamətində fəaliyyətləri davam etdirdiklərini bildirib.

Zelenski “Ukraynanın şərqində vəziyyət nəzarət altındadır, panikaya ehtiyac yoxdur” deyib.

Zelenski Rusiya ilə gərginliyi müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

İclasdan sonra sosial şəbəkədə videomüraciət yayımlayan Zelenski hər şeyə hazır olduqlarını bildirib.

Səlahiyyətlilərin bütün lazımi işləri gördüyünü qeyd edən Zelenski deyib:

"Hakimiyyət tam gərginliyin azaldılması üçün çalışır. Tərəfdaşlarımız, diplomatlarımız və ən əsası hərbçilərimizin yanındayıq. Onlar bizim ən yaxşılarımızdır, bizi qoruyurlar və biz onları qorumalıyıq, Ukraynanın şərqində vəziyyət nəzarət altındadır. Panikaya ehtiyac yoxdur”.

Digər tərəfdən, Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleskiy Danilov Təhlükəsizlik Şurasının iclasından sonra Ukraynanın şərqində vəziyyətin nəzarət altında olduğunu təkrarlayıb.

Xalqdan və mətbuatdan sakit olmalarını xahiş edən Danilov "Mövcud vəziyyət bizə aydındır, çaxnaşma üçün heç bir əsas yoxdur. Hər kəsdən sakit olmağı xahiş edirəm. Vəziyyət tam nəzarət altındadır" deyib.

Ukraynanın Rusiya sərhəddində Rusiya ordusuna aid 109 min hərbi elementin olduğunu bildirən Danilov "Bu, bizim üçün xəbər deyil. 2-3 min artım kritik vəziyyət yaratmır" deyə qeyd edib.

Rusiyanın Ukraynaya qarşı işğal təhlükəsinin 2008-ci ildən mövcud olduğunu vurğulayan Danliov deyib:

"Bu təhlükə 2008-ci ildən mövcuddur. Vəziyyət ötən ildən fərqlənmir. Bu gün bizdə Sovet İttifaqının nə olduğunu, Leninin kim olduğunu bilməyən yeni vətəndaş nəsli var. Biz başqa bir dünyada yaşayırıq və bu, Rusiyanı narahat edir. Bu problemin həlli  üçün çox az zamanları qaldı. Ayrıca Putinin bioloji saatının, Rusiya Federasiyasının bioloji saatı işlədiyinin də fərqindəyik".



Әlaqәli Xәbәrlәr