Bu ölkədə köç məcburiyyətində qalanların yarısı uşaqlardır

Avropa İttifaqı (Aİ) Vətəndaş Qoruma və Humanitar Yardım Əməliyyatları Ofisindən verilən məlumatda bildirilir...

1766797
Bu ölkədə köç məcburiyyətində qalanların yarısı uşaqlardır

 

  Mozambikdə iqlim dəyişikliyi və koronavirus (Covid-19) epidemiyası üzündən köç etmək məcburiyyətində qalanların yarısı uşaqlardan ibarətdir.

  Avropa İttifaqı (Aİ) Vətəndaş Qoruma və Humanitar Yardım Əməliyyatları Ofisindən verilən məlumatda bildirilir: “Hind Okeanı sahilindəki Şərqi Afrika ölkəsi Mozambikdəki insanların vəziyyəti ağırdır. İqlim dəyişikliyi və “Covid-19” epidemiyası kimi mənfi şərtlərə görə ölkədaxili köç məcburiyyətində qalan vətəndaşların yarısı uşaqlardır.

  Evlərini tərk edən insanların təcili köməyə ehtiyacı vardır.

  Uşaqlarda qeyri-kafi bəslənmə nisbəti 52 faizdir.

  Ehtiyac sahibləri ən çox qida və tibbi dəstəyə möhtac olduqlarını deyirlər”.



Әlaqәli Xәbәrlәr