ATӘT, ABŞ, Aİ vә NATO rәsmilәri Rusiya-Ukrayna böhranını müzakirә ediblәr

Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Şimali Atlantika Alyansı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında ilk dәfә Rusiya-Ukrayna sәrhәdindәki vәziyyәt vә Avropanın tәhlükәsizliyi mövzusunda dördtәrәfli görüş keçirilib.

1765430
ATӘT, ABŞ, Aİ vә NATO rәsmilәri Rusiya-Ukrayna böhranını müzakirә ediblәr

 

Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatları (ABŞ), Şimali Atlantika Alyansı (NATO) və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATӘT) arasında ilk dәfә Rusiya-Ukrayna sәrhәdindәki vәziyyәt vә Avropanın tәhlükәsizliyi mövzusunda dördtәrәfli görüş keçirilib.

Görüşdә ABŞ-ın dövlət katibi Entoni Blinken, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef  Borrel, NATO-nun baş katibi Yens Stoltenberq və ATƏT-in dönәm sədri qismində Polşa nümayəndəsi iştirak edib.

Yens Stoltenberq görüşlə bağlı rәsmi internet sәhifәsindә etdiyi paylaşımda deyib:"Belə kritik bir zamanda güclü ‘‘birlik’’ siqnalı".

Cozef Borrelin ofisindən verilən açıqlamada bildirilib ki, görüşdә  Rusiya-Ukrayna sәrhәdindәki vәziyyәt müzakirə olunub. Mәlumatda vәziyyәtin diplomatik yolla hәll edilmәsinin vacibliyi vurğulanıb. Mәlumatda hәmçinin qeyd olunub ki, Yens Stoltenberq gәlәn hәftә keçirilәcәk Aİ xarici işlәr nazirlәri toplantısına dәvәt edilib.



Әlaqәli Xәbәrlәr