Cozef Borrel vә Dmitro Kuleba arasında telefon danışığı olub

Avropa İttifaqının (Aİ) xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef  Borrel  Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefon әlaqәsi saxlayıb.

1765212

Bu barәdә Cozef Borrelin ofisindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Cozef Borrel söhbәt zamanı Avropa İttifaqının Ukraynanı dәstәklәdiyini vurğulayıb.

Tәrәflәr Rusiyanın Avropa təhlükəsizliyinin əsas prinsiplərini pozmaq cəhdləri ilə bağlı beynəlxalq diplomatik səylər  әtrafında fikir mübadiləsi aparıblar.

Borrell  keçən həftə Fransanın Brest şəhərində keçirilən Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi toplantısı ilә yanaşı, ABŞ və NATO ilə keçirdiklәri görüşlәrdәn sonra Ukraynaya verdiklәri  sarsılmaz dəstəyi təkrarlayıb.

Avropa İttifaqının  Rusiyaya gərginliyi azaltması və qoşunlarını Ukrayna sərhədindən çıxarması ilә bağlı çağırış etmәyә davam edəcəyini bildirən Cozef Borrel Ukraynanın bu mövzudakı  mövqeyini alqışlayıb.

Görüşdә hәmçinin  Ukraynanın dövlət qurumlarına edilәn  kiberhücumlar da müzakirə edilib.

Әlaqәli Xәbәrlәr