Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı düşәrgәdә yanğın baş verib

Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı ‘‘Kutupaloq’’ düşәrgәsindә yanğın baş verib.

1764909
Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı düşәrgәdә yanğın baş verib

 

Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı ‘‘Kutupaloq’’ düşәrgәsindә yanğın baş verib.

Bu barәdә düşәrgәnin mühafizәçisi Mohammad Naimul Haq mәlumat verib.

O, yanğının yerli vaxtla saat 05.00-da başladığını bildirib. Yanğından sonra bölgәyә polis vә yanğınsöndürәnlәrin cәlb olunduğu qeyd olunub. Yanğının bir saat әrzindә nәzarәt altına alındığı vurğulanıb.

Qeyd edәk ki, yanğının başvermә sәbәbi hәlә mәlum deyil. Yanğın nәticәsindә 29 çadırın yandığı bildirilib.

Xatırladaq ki, 2021-ci ilin mart ayında Cox Bazardakı düşәrgәdә baş verәn yanğın nәticәsindә 15 min çadır yanmışdı, 28 nәfәr hәyatını itirmişdi, 40-dan çox adam da yaralanmışdı.



Әlaqәli Xәbәrlәr