İslamabadda silahlı hücum törәdilib, ölәn vә yaralananlar var

Pakistanın paytaxtı İslamabadda namәlum şәxslәrin tәhlükәsizlik qüvvәlәrinә tәşkil etdiyi silahlı hücum nәticәsindә bir polis әmәkdaşı hәyatını itirib, ikisi dә yaralanıb.

1764447

Bu barәdә yerli media orqanları mәlumat yayıb. Mәlumata görә, hücum İslamabadın Karaçi Company bölgәsindә törәdilib. Hücum zamanı tәhlükәsizlik qüvvәlәri ilә tәcavüzkarlar arasında qarşıdurma olub. Qarşıdurma zamanı iki tәcavüzkarın da öldürüldüyü bildirilib.

Pakistan daxili işlәr naziri Şeyd Raşid Әhmәd hücumun terror aktı olduğunu  ifadә edәrәk paytaxtda terror aktlarının arta bilәcәyi ilә bağlı xәbәrdarlıq edib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Әlaqәli Xәbәrlәr