Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanın qərbində baş verən 5,3 bal gücündə zəlzələdə 22 nəfər həyatını itirib.

1764173
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanın qərbində baş verən 5,3 bal gücündə zəlzələdə 22 nəfər həyatını itirib.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) verdiyi açıqlamada, episentri Badqis vilayətinin mərkəzi Kale-i Nev şəhərindən 41 kilometr şərqdə olan 5,3 bal gücündə zəlzələnin 
 episentirinin 18,8 km dərində baş verdiyi bildirilib.

Yerli səlahiyyətlilər Badqisin Kads rayonunda aralarında uşaqların da olduğu 22 nəfərin həyatını itirdiyini açıqlayıblar.

Zəlzələ nəticəsində 4 nəfərin yaralandığını qeyd edən səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Badgisin Mukur rayonunda bəzi evlərin dağıldığı və yaralananların olduğu qeyd edilib.

Zəlzələ ölkənin qərbindəki Herat və Fərəh əyalətlərində də hiss olunub.



Әlaqәli Xәbәrlәr