Liviya Baş naziri haqqındakı iddiaları tǝkzib edib

Liviya Baş naziri Abdulhǝmit Dibeybe İordaniyada israilli rǝsmilǝrlǝ görüşdüyünǝ dair yayılan xǝbǝrlǝri  tǝkzib edib.

1761775
Liviya Baş naziri haqqındakı iddiaları tǝkzib edib

Liviya Baş naziri Abdulhǝmit Dibeybe İordaniyada israilli rǝsmilǝrlǝ görüşdüyünǝ dair yayılan xǝbǝrlǝri  tǝkzib edib.

Sǝudiyyǝ Әrǝbistanının Әl-Arabiya Әl-Hadath telekanalı Abdulhǝmit Dibeybenin İordaniyanın paytaxtı Әmmanda israilli rǝsmilǝrlǝ bir araya gǝldiyi ilǝ bağlı xǝbǝr yayıb.

Mǝsǝlǝ ilǝ bağlı Liviyada ‘‘Hökumǝtimiz’’ adlı rǝsmi platformada bǝyanat verilib. Bǝyanatda deyilir: ‘‘Abdulhǝmit Dibeybe israilli rǝsmilǝrlǝ görüşdüyünǝ dair yayılan xǝbǝrlǝri tǝkzib edir. Belǝ bir görüş  olmayıb, olmayacaq da. Fǝlǝstin davası ilǝ bağlı mövqeyimiz aydındır vǝ sabitdir’’.  

Әl-Arabiya Әl-Hadath telekanalının dünan yaydığı xǝbǝrdǝ Abdulhǝmit Dibeybenin Әmmanda israilli rǝsmilǝrlǝ görüşdüyü iddia edilmişdi.



Әlaqәli Xәbәrlәr