İki həmkarın görüşü Cenevrədə keçirilib

ABŞ dövlət katibinin müavini Vendi R. Şermanın İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüş keçirdiyi bildirilib.

1759795
İki həmkarın görüşü Cenevrədə keçirilib

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin müavini Vendi R. Şermanın İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüş keçirdiyi bildirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tərəfindən verilən yazılı bəyanatda Şerman və Ryabkovun yanvarın 10-da (bu gün) Strateji Sabitlik Dialoqunun (SSD) fövqəladə iclasında hər iki tərəfin həll edəcəyi ikitərəfli məsələləri müzakirə etdiyi bildirilib.

Bəyanatda “Görüş zamanı dövlət katibinin müavini ABŞ-ın beynəlxalq suverenlik, ərazi bütövlüyü və suveren millətlərin öz ittifaqlarını seçmək azadlığı prinsiplərinə sadiqliyini vurğulayıb” ifadəsi yer alıb.

Bildirilib ki, Şerman rusiyalı həmkarına ABŞ-ın diplomatiya yolu ilə real irəliləyiş əldə etməkdən məmnun qalacağını deyib.

Bəyanatda “ABŞ SSD görüşündə Rusiya ilə bəzi ikitərəfli məsələləri müzakirə edəcək, lakin avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropa təhlükəsizliyini müzakirə etməyəcək” məlumatı çatdırılıb. 

Bəyanatda nazir müavini bildirib ki, müəyyən mövzular isə yanvarın 12-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının iclasına və 13 yanvarda Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclasına buraxılacaq.



Әlaqәli Xәbәrlәr