Kambocanın baş naziri Myanmaya sǝfǝr edib

Kamboca Baş naziri Hun Senin hǝrbi liderlǝrlǝ görüşmǝk üçün Myanmaya sǝfǝr etdiyi bildirilib.

1758756
Kambocanın baş naziri Myanmaya sǝfǝr edib

Kamboca Baş naziri Hun Senin hǝrbi liderlǝrlǝ görüşmǝk üçün Myanmaya sǝfǝr etdiyi bildirilib.

Bu barǝdǝ Kamboca Baş nazirinin rǝsmi ‘‘Facebook’’ sǝhifǝsindǝ paylaşım edilib. Paylaşımda Hun Senin Myanmanın paytaxtı Nepoda  hǝrbi rǝsmilǝr tǝrǝfindǝn qarşılandığı vurğulanıb.

Hun Senin çevrilişlǝ hǝkimiyyǝti ǝlǝ keçirǝn General Min Aunq Hlainq ilǝ keçǝn il Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) tərəfindən təsdiqlənən vǝ beş müddǝadan ibarǝt olan  sülh planını müzakirə etməyi planlaşdırdığı bildirilib.

Kamboca  oktyabr ayında 10 üzvdǝn ibarǝt olan ASEAN tǝşkilatının sǝdrliyini tǝhvil almışdı.

ASEAN tǝşkilatı  oktyabrın 16-da Myanmanın hǝrbi lideri Min Aunq Hlainqın tǝşkilatın builki zirvǝ görüşünǝ qatılmasına icazǝ vermǝyǝcǝyini açıqlamışdı.

Mǝlumata görǝ, qərara Myanmadakı hərbi administrasiyanın ölkədə dialoq və gərginliyin aradan qaldırılması ilə bağlı verdiyi vədləri yerinə yetirməməsi və siyasi böhranı həll etmək üçün təyin edilmiş ASEAN-ın xüsusi nümayəndəsi Eryvan Yusifin devrilmiş lider Aunq San Çi vǝ digǝr mǝhbuslarla görüşünün qadağan edilməsi sǝbǝb olub.

Xatırladaq ki, 2021-ci ilin  fevral ayının  1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çini və başqa rəsmi  şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi və ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.  Etiraz aksiyaları zamanı 1000-dǝn çox etirazçı hǝyatını itirmişdi, minlǝrlǝ adam da saxlanılmışdı.

 


Etiketlәr: #çevriliş , #Myanma , #Kamboca

Әlaqәli Xәbәrlәr