Entoni Blinken Rusiyanı Ukraynaya müdaxilə cəhdinə qarşı xəbərdar edib

E.Blinken Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə birgə mətbuat konfransı keçirib.

1757794
Entoni Blinken Rusiyanı Ukraynaya müdaxilə cəhdinə qarşı xəbərdar edib

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın işğalı halında Rusiyanın maliyyə sektoruna dərindən təsir edəcək ağır iqtisadi sanksiyalar tətbiq edəcəklərini və “Şimal axını-2” boru kəmərindən qaz axınına mane olunacağını bildirib.
Blinken bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

İclasın əsas gündəmində Rusiyanın Ukrayna sərhədində hərbi yığınağının olduğuna diqqət çəkən Blinken "Həm Almaniya, həm də ABŞ Rusiyanın Ukraynaya qarşı hərəkətlərini Avropada sülh və sabitliyə meydan oxumaq kimi görür" deyib.

Moskvanın Ukrayna sərhədində hərbi yığınağına baxmayaraq, Ukraynanın Rusiyanı təhrik etdiyini iddia etdiyinə diqqət çəkən Blinken bu yalançı ritorikanı qınadıqlarını bildirib.

ABŞ və onun avropalı tərəfdaşlarının Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə qərarlı olduğunu qeyd edən Blinken bildirib ki, əsas istəkləri böhranı diplomatik yolla həll etməkdir. 
Blinken gələn həftədən başlayacaq NATO-Rusiya Şurası və ABŞ-Rusiya Strateji Sabitlik Dialoqu çərçivəsində danışıqlarda Rusiyanın bu mövzudakı səmimiyyətini sınayacaqlarını bildirib.

Blinken bildirib ki, Rusiya hələ də gərginliyi artırmağı seçsə, ABŞ bunu edəcək; Avropa İttifaqı (Aİ) NATO və G7 ölkələri ilə birlikdə Moskvaya cavab verəcəklərini bəyan edib.

"Ukrayna sərhədindəki vəziyyəti nəzərə alaraq, biz Rusiyanın hərbi gərginliyi daha da artırmasının, Ukraynanın suverenliyinin pozulmasının böyük iqtisadi nəticələrə səbəb olacağını və maliyyə sektoruna da təsir edəcəyini açıqladıq", - E. Blinken bildirib.

Blinken gələn həftədən etibarən Rusiya ilə ABŞ-Rusiya Strateji Sabitlik Dialoqu görüşləri keçirərək Avropada sabitlik və strateji silahların azaldılmasını müzakirə edəcəklərini və burada Ukrayna məsələsinin də gündəmdə olacağını bildirib.

Bu danışıqların ancaq Rusiyanın Ukrayna sərhədindəki gərginliyi azaltması halında faydalı nəticələr verəcəyini bildirən Blinken böhranın kəskinləşdiyi və Rusiya silahlarının Ukraynaya yönəldiyi bir mühitdə bu görüşlərin müsbət nəticə verməsinin çətin olacağını qeyd edib.

Nazir Baerbock ilə tikintisi başa çatan və Rusiyadan Avropaya uzanan “Şimal axını-2” boru kəmərinin vəziyyətini də müzakirə etdiklərini bildirən Blinken “Boru kəmərində qaz axmır və işləmir. Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirsə, bunun baş verməsi çox çətin olacaq” deyib.

Blinken bu mövzuda sualı cavablandırarkən bildirib ki, ABŞ və Almaniya “Şimal axını-2” boru kəməri kontekstində Ukraynanın enerji təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsinə dair birgə bəyannamə ilə razılaşıblar.

Almaniyanın xarici işlər naziri Baerbok da Rusiyanın Ukrayna sərhəddində hərbi yığınağından narahatlığını ifadə edib.

Baerbok "Rusiya Ukraynanın suverenliyini pozarsa, bunun ağır nəticələri olacaq. Rusiya hökuməti bunun fərqindədir və böhrandan yeganə çıxış yolu dialoqdur" deyib.



Әlaqәli Xәbәrlәr