Burkino Fasoda terror hücumları sǝbǝbindǝn 3 mindǝn çox mǝktǝb bağlanıb

Bu barǝdǝ Tǝhsil Nazirliyinin sözcüsü Alkassoum Maiqa mǝlumat verib.

1758076
Burkino Fasoda terror hücumları sǝbǝbindǝn 3 mindǝn çox mǝktǝb bağlanıb

Burkino Fasoda törǝdilǝn terror hücumları sǝbǝbindǝn 3 min 280 mǝktǝb fǝaliyyǝtini dayandırıb.

Bu barǝdǝ Tǝhsil Nazirliyinin sözcüsü Alkassoum Maiqa mǝlumat verib.

Mǝktǝblǝrin bağlanması sǝbǝbindǝn 511 min 221 şagirdin tǝhsil ala bilmǝdiyi, 14 min 901 müǝllimin dǝ işsiz qaldığı bildirilib.

Qeyd edǝk ki, Burkino Fasoda 2015-ci ildǝn etibarǝn terror hücumları törǝdilir. Mǝktǝblǝrǝ isǝ ilk hücum 2017-ci ildǝ edilmişdi.



Әlaqәli Xәbәrlәr