BMT: Ukraynaya qarşı hərbi əməliyyat görmək istəmirik

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynaya qarşı hərbi əməliyyat görmək istəmədiyini bəyan edib.

1757298
BMT: Ukraynaya qarşı hərbi əməliyyat görmək istəmirik

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynaya qarşı hərbi əməliyyat görmək istəmədiyini bəyan edib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində ABŞ Prezidenti və rusiyalı həmkarı  Vladimir Putin arasındakı yüksək səviyyəli görüş daxil, Rusiya-Ukrayna mövzusundakı təmasları alqışladıqlarını bildirib.

Rusiya ilə Ukrayna arasında artan gərginliyin narahatlıq doğurduğunu ifadə edən Dujarrik “Haradan gəldiyindən asılı olamayaq Ukraynaya qarşı hansısa düşmən hərbi əməliyyatı görmək istəmirik" deyib.

Dujarrik gərginliyi azaltmaq üçün dialoqun davam etməsini arzuladıqlarını bildirib.

Son aylarda Rusiyanın Ukrayna sərhəddində artan hərbi yığınağı Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı narahatlıqları və Qərblə Moskva arasında gərginliyi artırıb.

Gərginliyin azaldılması çağırışları və bu istiqamətdə təmaslar davam edərkən, gələn həftə Rusiya, ABŞ və NATO arasında təhlükəsizlik təminatlarını da müzakirə etmək üçün danışıqların keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr