Rusiyada neft emalı zavodunda yanğın

Rusiyanın Tümen şəhərində Antipinski neft emalı zavodunun ərazisində yanğın baş verib.

1756904
Rusiyada neft emalı zavodunda yanğın

Rusiyanın Tümen şəhərindəki Antipinski neft emalı zavodunda səhər saatlarında naməlum səbəbdən yanğın baş verib.

Yanğın siqnalının ötürülməsilə neft emalı zavodunda olan təxminən 200 nəfər səlahiyyətlilər tərəfindən təxliyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin 86 əməkdaşı və 30-a yaxın yanğınsöndürən zavoda cəlb olunub.

Yanğın 2 saatdan sonra söndürülüb.

Tümen qubernatoru neft emalı zavodunda tankerin olması səbəbindən mümkün fəlakətin qarşısının alındığını bildirib.
Rusiyanın ən böyük özəl müəssisəsi kimi fəaliyyət göstərən Antipinski Neft Emalı Zavodu illik 7 milyon yarım ton neft hasil etmək gücünə malikdir və hər il neft kəmərlərinə 2,3 milyon ton neft vurur.



Әlaqәli Xәbәrlәr