NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar yığıncağı keçiriləcək

Yanvarın 7-də NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın Ukrayna sərhədində hərbi fəaliyyəti ilə bağlı hadisələri müzakirə etmək üçün növbədənkənar yığıncaq keçirəcək.

1756968
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar yığıncağı keçiriləcək

Yanvarın 7-də NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın Ukrayna sərhədində hərbi fəaliyyəti ilə bağlı hadisələri müzakirə etmək üçün növbədənkənar yığıncaq keçirəcək. 

NATO-nun verdiyi məlumata görə, nazirlər videokonfrans formatında görüşəcəklər.

Nazirlər Rusiyanın son vaxtlar Ukrayna sərhədində hərbi istehkamından sonra yaranmış beynəlxalq gərginliklə yanaşı daha geniş kontekstdə Avropanın təhlükəsizliyini müzakirə edəcəklər.

İclasın sonunda NATO-nun Baş katibi Yens Stoltenberqin jurnalistlərə məlumat verməsi gözlənilir.

NATO Xarici İşlər Nazirləri Toplantısı ABŞ və Rusiya arasında yanvarın 10-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşdən əvvəl keçirilməsi ilə mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, uzun müddətdən sonra NATO ilə Rusiya arasında əlaqə yaradacaq NATO-Rusiya Şurasının yanvarın 12-də toplanacağı gözlənilir.

Bu iki iclasdan başqa, Rusiya, Ukrayna, ABŞ və Avropa ölkələrinin daxil olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yanvarın 13-də iclasının keçirilməsi planlaşdırılır.

NATO xarici işlər nazirləri sonuncu dəfə noyabrın 30-da Latviyanın paytaxtı Riqada görüşüb və noyabrdan bəri Rusiyaya edilən xəbərdarlıqlar təkrarlanıb.

Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzünün yüksək xərclər, siyasi və iqtisadi nəticələri olacağını bildirən Stoltenberq NATO-ya üzv ölkələrin Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları və siyasi məhdudiyyətlər tətbiq edə biləcəyini bildirib.

Rusiya isə dekabrın ortalarında NATO və ABŞ-a təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəlmək təklifi ilə çıxış edib və Ukraynanın gələcəkdə NATO-ya qəbul olunmayacağına dair zəmanət də daxil olmaqla bəzi təkliflər irəli sürüb.



Әlaqәli Xәbәrlәr